MÜŞTƏRİLƏR ÜÇÜN İSTİFADƏ QAYDALARI
Bu Müştərilər üçün İstifadə Qaydaları Proqram Təminatının, Proqram Təminatından istifadə etməklə mal və ya xidmət əldə edən istifadəçilər (bundan sonra “Siz” və ya “Müştəri”) tərəfindən istifadə edilməsi qaydalarını tənzimləyir.
Xahiş edirik ki, Proqram Təminatında Müştəri kimi qeydiyyatdan keçməzdən əvvəl bu Müştərilər üçün İstifadə Qaydalarını diqqətlə oxuyun. Nəzərə alın ki, bu Müştərilər üçün İstifadə Qaydalarına münasibətdə “qəbul edirəm” düyməsini sıxdığınız andan etibarən bu Müştərilər üçün İstifadə Qaydalarını qəbul etmiş olursunuz və bu Müştərilər üçün İstifadə Qaydaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə Sizin üçün məcburi hüquqi qüvvə daşıyan müqavilə hesab olunur.
www.autoscop.az veb-saytı, Proqram Təminatı və niiden məzmunu “AutoScop”-un mülkiyyətindədir.
I. ƏSAS ANLAYIŞLAR
Bu Müştərilər üçün İstifadə Qaydalarında qeyd olunmuş söz və ifadələr aşağıdakı mənaları verir:
AUTOSCOP dedikdə, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış, Proqram Təminatı, www.autoscop.az veb-saytı üzərində bütün mülkiyyət və əqli mülkiyyət hüquqlarının sahibi olan “AutoScop” Məhdud Məsuliyyətli Cəmiyyəti başa düşülür.
PROQRAM TƏMİNATI dedikdə, AutoScop tərəfindən hazırlanan, obyekt və mənbə kodları da daxil olmaqla, bütövlükdə AutoScop-a məxsus olan, Müştərilər tərəfindən Google Play Store və Apple App Store-dan yüklənən, Müştərilərə isə Satış Nöqtəsində təqdim edilən xidmətlər və ya əldə edilən mallar barədə ətraflı məlumat almağı imkan yaradan bulud texnologiyası proqram təminatı başa düşülür.
PARTNYOR dedikdə, AutoScop ilə əməkdaşlıq və/və ya xidmət müqaviləsi bağlamış, Satış Nöqtəsində xidmət göstərən və ya mal satan hər hansı şəxs başa düşülür.
MÜŞTƏRİ dedikdə, Proqram Təminatında qeydiyyatdan keçən fiziki şəxs başa düşülür.
SATIŞ NÖQTƏSİ dedikdə, Partnyorun sərəncamında olan, Partnyorun xidmət göstərdiyi və ya mal satdığı hər hansı ticarət və ya servis obyekti başa düşülür.
CİHAZ dedikdə, Müştəri və ya Partnyor tərəfindən Proqram Təminatı yüklənilən, Müştəriyə Proqram Təminatında yaratdığı Müştəri Hesabını idarə etməyə imkan yaradan mobil telefon, planşet və s. kimi hər hansı texniki vasitə başa düşülür.
MÜŞTƏRİ HESABI dedikdə, bu Müştərilər üçün İstifadə Qaydalarına müvafiq olaraq, Müştərinin Proqram Təminatında müştəri kimi qeydiyyatdan keçdikdən sonra ona təqdim edilən, özünün seçdiyi şifrə ilə mühafizə edilən və endirim kodundan istifadə etməyə imkan yaradan virtual hesab başa düşülür.
ENDİRİM KODU dedikdə, AutoScop tərəfindən yaradılan və Satış nöqtəsində mal və ya xidmət alarkən endirim əldə etməsi üçün istifadə etdiyi birdəfəlik rəqəmsal kod başa düşülür.
II. QEYDİYYAT
Proqram təminatında istifadə etmək üçün Siz aşağıdakı əməliyyatları həyata keçirərək Müştəri Hesabını qeydiyyata almalısınız.
Proqram Təminatını Cihaza yüklədikdən sonra açılan pəncərədə elektron poçt ünvanınızı daxil etməlisiniz. Nəzərə alın ki, elektron poçt ünvanı Sizə məxsus olmalı və şəxsi istifadəniz üçün nəzərdə tutulmalıdır.
Elektron poçt ünvanını daxil etdikdən sonra “davam etmək” düyməsini sıxdıqdan sonra, elektron poçt ünvanınıza təsdiq kodu göndəriləcək. Nəzərə alın ki, təsdiq kodu yalnız qeyd olunan vaxt müddətində qüvvədədir və həmin müddətdə daxil edilmədikdə, Siz yeni təsdiq kodu almalısınız. Kod bir dəfə göndərilin və yalnız qeydiyyat prosesi üçün nəzərdə tutulmuşdur.
Elektron poçt ünvanınıza göndərilmiş təsdiq kodunu daxil etdikdən sonra yeni açılmış pəncərədə ad və soyadınızı daxil edərək “davam etmək” düyməsini sıxmalısınız.
Yeni açılmış pəncərədə qeydiyyata almaq istədiyiniz avtomobilin markası, modeli, buraxılış ili və yürüşünə dair məlumatlar qeyd olunduqdan sonra “davam etmək” düyməsiniz sıxmalısınız.
Yeni açılmış pəncərədə tanış olmağınız üçün bu Müştərilər üçün İstifadə Qaydaları əks olunacaq. Əgər Siz nəzərdə tutulan şərtlərlə razısınızsa, Proqram Təminatı vasitəsilə ”təsdiqlə“ düyməsini sıxmaqla Qaydaları qəbul etməlisiniz. Nəzərə alın ki, yuxarıda göstərilən qaydada “təsdiqlə” düyməsini sıxmağınız bu Müştərilər üçün İstifadə Qaydalarını qəbul etməyiniz olaraq hesab ediləcək. Həmin andan etibarən bu Müştərilər üçün İstifadə Qaydalarının şərtləri Sizin üçün məcburi hüquqi qüvvə daşıyacaq.
Nəzərə alın ki, yuxarıda göstərilən qaydada “davam etmək” və ya “təsdiqlə” düymələrini sıxmamağınız Sizin Müştəri Hesabının qeydiyyatını davam etmək niyyətinizin olmamasını və ya bu Müştərilər üçün İstifadə Qaydalarının şərtlərini qəbul etmədiyinizi ehtiva edir və bu halda, Müştəri Hesabının açılması üzrə qeydiyyatı tamamlamağınız üçün Sizə yeni pəncərə açılmayacaq.
Bu Müştərilər üçün İstifadə Qaydalarını qəbul etdikdən sonra Müştəri Hesabından istifadə üçün Sizə özünüz tərəfindən şifrənin təyin edilməsi və üz cizgilərinizin tanınması funksiyaları təklif olunacaq. Şifrəniz öz mülahizənizə uyğun olaraq Proqram Təminatında sorğu göndərilməklə dəyişdirilə bilər.
Nəzərə alın ki, bütün məlumatlar tərəfinizdən tam və düzgün yazılmalıdır. Təqdim etdiyiniz məlumatların düzgünlüyünə və tamlığına görə, o cümlədən məlumatların tövsiyə olunan vaxtda daxil edilməsinə görə bütün məsuliyyəti özünüz daşıyırsınız.
Yadda saxlayın ki, AutoScop tərəfindən bu Müştərilər üçün İstifadə Qaydalar və Proqram Təminatının funksionallığı və spesifikasiyaları vaxtaşırı olaraq dəyişdiyi kimi, həmin tələb edilən məlumatlar da dəyişə bilər.
Siz bu Müştərilər üçün İstifadə Qaydalarını qəbul etməklə, şəxsi məlumatlarınızın AutoScop tərəfindən Azərbaycan Respublikasında və ya onun kənarında yerləşən serverlərdə toplanmasına və saxlanmasına, emalına, Partnyorlara ötürülməsinə və qüvvədə olan qanunvericliklə icazə verilən digər hallarda istifadəsinə razılıq verirsiniz. AutoScop Sizdən tələb edilən məlumatların mühafizəsinə AutoScop-un www.autoscop.az veb saytında dərc edilən Məxfilik Siyasətində zəmanət verir.
Bir daha qeyd edilməlidir ki, Müştəri Hesabınızın qeydiyyata alınması Bu Müştərilər üçün İstifadə Qaydalarının tərəfinizdən qəbul və təsdiq edilməsi hesab olunur.
Bu Müştərilər üçün İstifadə Qaydalarına AutoScop tərəfindən onun öz mülahizəsinə uyğun olaraq dəyişikliklər edilə bilər. Dəyişikliyin edilməsindən sonrakı 3 (üç) iş günü ərzində AutoScop bu barədə Proqram Təminatı və ya Proqram Təminatında daxil edilmiş elektron poçt ünvanı vasitəsilə Müştəriyə məlumat verir.
AutoScop Müştəri tərəfindən Satış Nöqtəsində xidmətlərin və ya malların əldə edilməsi üzrə yerinə yetirilən əməliyyatların və bağlanılan əqdlərin dəqiqliyinə, etibarsızlığına görə və ya bu əməliyyatlarla bağlı olaraq əmələ gələn hər hansı tələb üzrə məsuliyyət daşımır.
AutoScop-un öhdəliklərinə yalnız Müştəri tərəfindən seçilən Satış Nöqtəsində Partnyorların təqdim etdikləri xidmətlərin və ya malların əldə edilməsi üçün zəruri məlumat təqdim etmək daxildir.
Bu İstifadə Qaydalarını qəbul etməklə Siz Proqram təminatından yalnız qanuni məqsədlər üçün istifadə edilməsi öhdəliyini üzərinizə götürürsünüz və Proqram təminatından qanunsuz istifadə edilməsinə görə məsuliyyət daşıyacağınızı qəbul edirsiniz.
III. ENDİRİM KODU
Endirim kodu yalnız Proqram təminatı vasitəsilə yaradılır və birdəfəlik istifadə üçün Satış nöqtələrində təqdim olunur. Koddan istifadə müddəti və endirimin miqdarı Proqram təminatında qeyd olunur.
Endirim kodu fərdidir və üçüncü şəxslərlə bölüşdürülə bilməz.
Endirim kodu istifadə müddətində istifadə edilmədikdə qüvvədən düşür və buna görə AutoScop məsuliyyət daşımır. Endirim kodu istifadə edildikdə pul kompensasiyası tələb edilə bilməz.
IV. MƏSULİYYƏTİN MƏHDUDLAŞDIRILMASI
Nəzərinizə alın ki, AutoScop servis mərkəzi deyil və avtomobildə fiziki texniki xidmət göstərmir. Bütün mexaniki işlər, diaqnostika, ehtiyat hissələrinin seçimi, qiymətlər və xidmət keyfiyyətinə görə məsuliyyəti yalnız Partnyor daşıyır. Satış nöqtəsi tərəfindən mal satışına və xidmətlərin göstərilməsinə görə yaranmış iddia, tələb və şikayətlər birbaşa Satış nöqtəsinə yönəlməlidir. Satış nöqtəsi tərəfindən mal satışına və xidmətlərin göstərilməsinə görə AutoScopa yönəlmiş iddia, tələb və şikayətlər baxılması üçün müvafiq Partnyora yönələcək və AutoScop tərəfindən araşdırılmayacaq. AutoScop yalnız məlumat və əlaqələndirmə dəstəyi göstərə bilər.
AutoScop istifadəçiyə xatırlatma, servis tarixlərini izləmə, xərc qeydləri, endirim kodu yaratma və Satış nöqtəsinə yönləndirmə funksiyaları təqdim edir və xidmətlərin göstərilməsinə və malların satışına görə məsuliyyət daşımır.
AutoScop tərəfindən təqdim olunan bütün xatırlatmalar və tövsiyyələr yalnız məlumat xarakteri daşıyır və avtomobilin istehsalçısının rəsmi kitabçasını əvəz etmir. Autoscop xatırlatmalar və tövsiyyələrə, habelə avtomobilin texniki vəziyyəti, zədələnməsi, qəzalar və nəticə etibarilə yaranan hər hansı zərərə görə heç bir halda məsuliyyət daşımır.
AutoScop tərəfindən Proqram Təminatında təqdim olunan satış və xidmət qiymətləri Satış Nöqtəsinin qiymətlərindən fərqli ola bilər. Satış və xidmətlərə görə son qiymətləri Satış Nöqtəsi müəyyən edilir və bütün ödənişlər Satış Nöqtəsinin qiymətlərinə uyğun olaraq yerində hesablanır.
AutoScop tətbiq daxilində ödəniş qəbul etmir, saxlamır və ötürmür. Ödənişlər servis mərkəzində birbaşa həyata keçirilir.
Proqram təminatının texniki səbəblərdən, habelə internetin və/və ya cihaz nasazlığına görə müvəqqəti işləməməsi nəticəsində dəymiş ziyana görə AutoScop məsuliyyət daşımır.
V. LİSENZİYA
Proqram Təminatı üzrə bütün mülkiyyət və əqli mülkiyyət hüquqları AutoScop-a məxsusdur. Google Play Store və Apple App Store-dan yüklədiyiniz Proqram Təminatının hər bir nüsxəsi Sizə AutoScop tərəfindən lisenziya verilmiş hesab edilir.
Lisenziya qeyri-müstəsna olmaqla, Müştəridən hər hansı qonorar ödənilməsini tələb etmir. Proqram Təminatının AutoScop tərəfindən lisenziyalaşdırılması, heç bir halda, Proqram Təminatının və ya onun nüsxələrinin satılması, güzəşti və ya bağışlanması kimi şərh edilə bilməz.
Müştəri Proqram Təminatı üzrə aşağıdakı hərəkətləri yerinə yetirməməlidir:
1. Lisenziyanın ötürülməsi;
2. Proqram Təminatının satılması, bağışlanması və ya digər hər hansı yolla yayılması;
3. Proqram Təminatının sublisenziyalaşdırılması;
4. Proqram Təminatı üzrə tərsinə mühəndislik həyata keçirilməsi.
Nəzərə alın ki, Proqram Təminatının yalnız obyekt kodunda olan versiyası lisenziyalaşdırılır və Proqram Təminatının mənbə kodu heç bir şəkildə ötürülmür.
VI. MÜŞTƏRİ HESABININ LƏĞVİ
Müştəri istənilən vaxt Proqram Təminatında və ya Proqram Təminatında daxil edilmiş elektron poçt ünvanından AutoScopa göndərilən sorğu vasitəsilə Müştəri Hesabını deaktiv edə bilər.
Müştəri Hesabı Müştəri tərəfindən deaktiv edildikdə, Hesab deaktiv edildiyi tarixdən sonra 1 (bir) il müddətində Müştərinin yazılı müraciəti əsasında AutoScop tərəfindən bərpa edilə bilər.
Müştəri Hesabı deaktiv edildiyi tarixdən 1 (bir) il müddətində bərpa olunmadıqda, Hesab Müştəriyə məlumat verilmədən AutoScop tərəfindən birtərəfli qaydada tam ləğv edilir.
AutoScop aşağıdakı hallarda Müştərini məlumatlandırmaqla Müştəri Hesabını birtərəfli qaydada ləğv edə bilər:
1. Müştəri Proqram Təminatına zərər verməyə cəhd etdikdə;
2. Müştəri üçüncü şəxslərə Müştəri Hesabına daxil olmağa icazə verdikdə;
3. Müştəri Proqram Təminatından qeyri-qanuni məqsədlər üçün, o cümlədən hər hansı bir qanunsuz materialların göndərilməsi və ya saxlanması üçün istifadə etdikdə;
4. Müştəri Müştəri Hesabından 12 (on iki) ay artıq olan müddət ərzində istifadə etmədikdə;
5. Müştəri Proqram Təminatının düzgün işləməsinə xələl gətirdikdə və ya buna cəhd etdikdə;
6. Proqram Təminatı ləğv edildikdə.
VII. FORS-MAJOR
Fors-major halının baş verməsi səbəbindən AutoScop, Müştəri və ya Partnyor tərəfindən bu Müqavilə üzrə öhdəliklərinin hər hansı birini yerinə yetirməməsi və ya gecikdirməsi həmin Tərəfə qarşı hər hansı iddia irəli sürmək üçün əsas ola bilməz.
Fors-major dedikdə aşağıdakılar nəzərdə tutulur:
- təbii fəlakətlər, partlayışlar, yanğınlar, daşqınlar, torpaq sürüşmələri, zəlzələlər, ildırım, dolu, qasırğalar və digər əlverişsiz hava şəraiti və ya digər təbii fəlakətlər;
- dövlət orqanlarının hərəkətləri (hərəkətsizliyi) və qərarları;
- qiyam, üsyan, təxribat, terrorizm aktları, müharibə və ya digər hərbi əməliyyatlar və ya bunlara hazırlıq ;
- kütləvi iğtişaşlar, vətəndaş itaətsizliyi və ya nümayişlər, mitinqlər;
- ölkə səviyyəsində tətil, lokaut və ya digər əmək və ya sənaye mübahisəsi;
- epidemiyalar, pandemiyalar, karantin məhdudiyyətləri, embarqolar və ya blokadalar.
Fors-major halının baş verməsi həmin hala istinad edən Tərəfin iradəsindən asılı olmamalı, Tərəfin ağlabatan səyləri nəticəsində qarşısının və ya təsirinin alınması mümkün olmamalı və Tərəfin öhdəliklərinin icrasının qarşısını almalıdır.
Fors-major hadisəsi və ya halın təsirinə məruz qalan Tərəf:
1. Fors-major hadisəsi baş verdikdən sonra mümkün qədər tez digər Tərəfə hadisənin və ya halın baş verməsi barədə məlumat verməli və mümkün olduğu qədər, bu vəziyyəti düzəltmək və ya aradan qaldırmaq üçün tələb olunan təxmini müddət barədə məlumat daxil olmaqla, digər Tərəfə bu barədə ağlabatan təfərrüatları təqdim etməlidir;
2. Fors-major hadisəsini aradan qaldırmaq və bunun nəticəsində digər Tərəfə dəymiş itkini minimuma endirmək üçün ağlabatan səy göstərməli; bir şərtlə ki, təsirə məruz qalan Tərəfin öz mülahizəsinə görə əsassız hesab etdiyi məsrəfləri və ya xərcləri çəkməsi tələb olunmasın;
3. Fors-major hadisəsi başa çatdıqdan sonra dərhal digər Tərəfi xəbərdar etməlidir.
Fors-major hadisəsi ilə bağlı olaraq mal və/və ya xidmətlərinin təqdim edilməsi 90 (doxsan) təqvim günündən artıq müddətə dayandırılarsa, Tərəflərin hər hansı birinin bu mal və/və ya xidmətlərin təqdim edilməsindən/qəbul edilməsindən birtərəfli qaydada imtina edilməsi hüququ yaranır və fors-major halən və ya hadisəsinin baş verməsi tarixinədək yaranmış hüquqlar, öhdəliklər və ya məsuliyyət istisna olmaqla, Tərəflərin heç birinin bu Müqavilə üzrə bir-birinə qarşı heç bir əlavə hüququ, tələbi, vəzifə və ya öhdəlikləri olmayacaq.
VIII. MÜBAHİSƏLƏRİN HƏLL EDİLMƏSİ
Tərəf mübahisənin baş verdiyini hesab etdikdən sonra Mübahisənin olduğu qarşı Tərəfə pretenziya göndərməlidir. Pretenziyada mübahisənin məzmunu aydın şəkildə göstərilmişdir.
Qarşı Tərəf pretenziyanı aldıqdan sonrakı 30 (otuz) təqvim gün müddətində Tərəflər mübahisənin həll edilməsi üçün səylərini göstərməlidir.
Əgər mübahisə pretenziya qaydasında həll oluna bilməzsə, hər hansı Tərəf aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququna malikdir. Bu halda, mübahisə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikasının müvafiq məhkəmələri tərəfindən yekun olaraq həll olunmalıdır.
Bu Müştərilər üçün İstifadə Qaydaları Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq tənzimlənir, təfsir edilir və şərh edilir.
MƏXFİLİK SİYASƏTİ
Bu Məxfilik Siyasəti Proqram Təminatından istifadə edilməsi, habelə Müqavilənin imzalanması nəticəsində Müştərilərə və ya Partnyorlara (bundan sonra “Siz”, “Müştəri” və ya “Partnyor”) və AutoScop-a məlum olan fərdi məlumat və kommersiya sirrinin mühafizəsini tənzimləyir.
Xahiş edirik, Proqram Təminatından istifadə etməzdən və Partnyor Hesabı və ya Müştəri Hesabı açmazdan əvvəl Məxfilik Siyasətini diqqətlə oxuyun. Nəzərə alın ki, bu Məxfilik Siyasətinə münasibətdə “razıyam” düyməsini sıxdığınız andan etibarən bu Məxfilik Siyasətini qəbul etmiş olursunuz və bu Məxfilik Siyasəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə Sizin üçün məcburi hüquqi qüvvə daşıyan müqavilə hesab edilir.
Həmçinin, Proqram Təminatında Partnyor Hesabı və ya Müştəri Hesabı açmağınız bu Məxfilik Siyasətini qəbul etdiyinizi təsdiq edən hüquqi faktdır.
Bu Məxfilik Siyasətində fərdi məlumatların mühafizə edilməsi üçün AutoScop-un verdiyi təminatlar mümkün olduğu qədər kommersiya sirrinə də tətbiq edilir.
Məxfilik Siyasəti Sizdən barənizdə topladığımız fərdi məlumatları necə istifadə edəcəyimiz barədə məlumatlardan ibarətdir.
I. ƏSAS ANLAYIŞLAR
Bu Məxfilik Siyasətində böyük hərflərlə qeyd olunmuş söz və ifadələr aşağıdakı mənaları verir:
AUTOSCOP dedikdə, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış, Proqram Təminatı və www.autoscop.az veb-saytı üzərində bütün mülkiyyət və əqli mülkiyyət hüquqlarının sahibi olan “AutoScop” Məhdud Məsuliyyətli Cəmiyyəti başa düşülür.
PROQRAM TƏMİNATI dedikdə, AutoScop tərəfindən hazırlanan, obyekt və mənbə kodları da daxil olmaqla, bütövlükdə AutoScop-a məxsus olan, Müştərilər tərəfindən Google Play Store və Apple App Store-dan yüklənən, Müştərilərə isə Satış Nöqtəsində təqdim edilən xidmətlər və ya əldə edilən mallar barədə ətraflı məlumat almağı imkan yaradan bulud texnologiyası proqram təminatı başa düşülür.
MÜQAVİLƏ dedikdə, Partnyorlar və ya Müştərilər və AutoScop arasında bağlanmış Əməkdaşlıq, Xidmət və ya Lisenziya Müqaviləsi, habelə Müştərilər üçün İstifadə Qaydaları başa düşülür. Bu Məxfilik Siyasəti Müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilir.
MÜŞTƏRİ dedikdə, Proqram Təminatına müştəri hesabı yaradaraq qoşulmuş, Partnyorun satış nöqtəsində təqdim olunan xidmətləri və ya malları əldə edən fiziki şəxs başa düşülür.
PARTNYOR dedikdə, AutoScop ilə əməkdaşlıq və/və ya xidmət müqaviləsi bağlamış, Satış Nöqtəsində xidmət göstərən və ya mal satan hər hansı şəxs başa düşülür.
CİHAZ dedikdə, Müştəri və ya Partnyor tərəfindən Proqram Təminatı yüklənilən, Müştəriyə Proqram Təminatında yaratdığı Müştəri Hesabını idarə etməyə imkan yaradan mobil telefon, planşet və s. gibi hər hansı texniki vasitə başa düşülür.
PARTNYOR HESABI dedikdə, Partnyor kimi qeydiyyatdan keçdikdən sonra ona ilkin olaraq AutoScop tərəfindən təqdim edilən və sonradan özünün seçdiyi şifrə ilə mühafizə edilən və Partnyorlar və Müştərilər arasındakı əməliyyatların AutoScop tərəfindən aparılan qeydiyyatını görməyə imkan verən virtual hesab başa düşülür.
MÜŞTƏRİ HESABI dedikdə, bu Müştərilər üçün İstifadə Qaydalarına müvafiq olaraq, Müştərinin Proqram Təminatında müştəri kimi qeydiyyatdan keçdikdən sonra ona təqdim edilən, özünün seçdiyi şifrə ilə mühafizə edilən və endirim kodundan istifadə etməyə imkan yaradan virtual hesab başa düşülür.
RAZILIQ dedikdə, fərdi məlumatlarınızın AutoScop tərəfindən toplanılmasına, saxlanılmasına və işlənilməsinə verdiyiniz razılıq başa düşülür.
II. ÜMUMİ MÜDDƏALAR
Fərdi məlumatlarınızın və kommersiya sirri ilə düzgün, dürüst və vicdanlı şəkildə rəftar edilməsi AutoScop üçün çox vacibdir. Həmin məlumatların mühafizəsi üzərimizə qanunla qoyulan vəzifədir və bizim də əsas məqsədimiz Sizin məlumatlarınızı düzgün şəkildə toplamaq, saxlamaq və işləməkdir.
Qanunvericilikdə birbaşa ayrı qayda nəzərdə tutulmayıbsa, fərdi məlumat və kommersiya sirrinin mühafizəsinə dair Azərbaycan Respublikasında tətbiq edilən bütün normativ hüquqi aktlar müvafiq qaydada Proqram Təminatından istifadə nəticəsində Sizə və AutoScop-a məlum olan istənilən məlumata münasibətdə də tətbiq edilir.
Fərdi məlumatların mühafizəsi haqqında normativ hüquqi aktlara uyğun olaraq bizdən kim olduğumuz, fərdi məlumatlarınızdan necə və hansı məqsədlər üçün istifadə etdiyimiz və fərdi məlumatlarınızla bağlı hüquqlarınız barədə Sizə məlumat verməyimiz tələb olunur. Bu məlumat Sizə bu Məxfilik Siyasətində və/və ya Proqram Təminatı vasitəsilə təqdim edilir və onu oxumağınız vacibdir.
Sizin və AutoScop-un kimliyini müəyyən etməyə imkan verən istənilən məlumat fərdi məlumat hesab edilir. Fərdi məlumatlarınızın qorunmasına AutoScop bu Məxfilik Siyasətində təminat verir.
Proqram Təminatı bulud texnologiyası olduğu kimi, AutoScop Azərbaycan Respublikasının qüvvədə olan fərdi məlumatların mühafizəsi haqqında qanunvericiliyinə uyğun olaraq Sizin fərdi məlumatlarınızın Azərbaycan Respublikasında və/və ya xaricdə yerləşən serverlərdə toplanmasını və işlənməsini həyata keçirir. Bununla da, AutoScop Sizin fərdi məlumatlarınızdan istifadə etməklə fərdi məlumatların informasiya sistemini və/və ya fərdi məlumatların informasiya ehtiyatlarını yarada bilər.
III. PRİNSİPLƏR
Fərdi məlumatlarınızdan və kommersiya sirrindən istifadə edərkən, habelə onları toplayarkən, saxlayarkən və ya işləyərkən aşağıdakı prinsipləri özümüzə rəhbər tuturuq:
• Yalnız qanunauyğun və şəffaf şəkildə fəaliyyət göstərmək (qanunçuluq və şəffaflıq);
• Məlumatlarınızdan yalnız müəyyən məqsədlər üçün istifadə etmək (məqsədin məhdudlaşdırılması);
• Yalnız zəruri olan məlumatlarınızı toplamaq, saxlamaq, işləmək və ya istifadə etmək (məlumatın minimallaşdırılması);
• Dəqiq və ən son məlumatlardan istifadə edilməsi (dəqiqlik);
• Məlumatların mühafizəsi prioriteti (mühafizə və məxfilik);
• Məlumatların müvafiq Razılıq əldə edilmədən digər ölkələrə ötürülməməsi (ötürülmənin məhdudlaşdırılması);
• Məlumatlara rəftarın yalnız məlumat subyektinin hüquq və azadlıqlarına hörmət edilməsi yolu ilə həyata keçirilməsi (hüquq və azadlıqlara hörmət edilməsi);
• Lazım gəldikdə, yuxarıda göstərilən prinsiplərə əməl edilməsini göstərmək (hesabatlılıq).
IV. RAZILIQ
Proqram Təminatında Müştəri Hesabı yaradarkən Sizə təqdim edilən formanı qəbul edərək Razılıq verməlisiniz. Həmin Razılıqda Siz heç bir təsir altında olmadan öz azad iradənizlə formada göstərilən şərtləri qəbul etdiyinizi göstərirsiniz. Xahiş edirik, Razılığın qanuniliyyinə, habelə AutoScop-un məqsədlərinə və ya onun fəaliyyətinin qanuniliyinə və ya vicdanlılığına qarşı hər hansı şübhəniz varsa, Razılığı qəbul etməyin. Nəzərə alın ki, qanunvericiliyin tələbi ilə biz Sizdən Razılığınız olmadan hər hansı məlumatınızı toplaya bilmərik. Həmçinin qanunvericiliyin tələbi ilə, məlumatlarınızı toplayarkən bunun məqsədini, habelə kimliyimizi Sizə tam açıqlamalıyıq.
Məlumatlarınız yalnız bu Məxfilik Siyasətində, Müqavilədə və ya Razılıqda göstərilən məqsədlər üçün istifadə edilə bilər və həmin məlumatlardan digər məqsədlər üçün istifadə edilməsi qanunvericilik ilə qadağan edilib. Nəzərə alın ki, yuxarıda da qeyd etdiyimiz kimi, yalnız lazım olan məlumatlarınızı əldə edirik və zəmanət veririk ki, lazım olmayan hər hansı məlumatınızı heç vaxt əldə etməyəcəyik.
Şərtlərimizlə razı deyilsinizsə, Müştəri Hesabınızı ləğv etməklə Razılığı ləğv edə bilərsiniz, lakin bu, Razılığınızı ləğv etməzdən əvvəl aparılmış hər hansı işlənilmənin etibarlılığına təsir göstərmir.
Partnyorlar yalnız həyata keçirilən alqı-satqı və/və ya göstərilən xidmətlə bağlı minimal məlumatlara çıxış əldə edir və Müştərinin digər avtomobil və istifadəçi məlumatlarını görə bilməz.
V. BİZ KİMİK?
Biz Müştərilərin avtomobillərinin texniki vəziyyətinin izlənməsi və servis tarixçəsinin saxlanması, habelə Partnyorların obyektlərində mal və ya xidmət əldə edərkən əlaqələndirmə xidmətlərinin göstərilməsi üzrə ixtisaslaşmış rəqəmsal platformayıq.
Əlaqə məlumatlarımız
Tam əlaqə məlumatlarımız bunlardır:
• Hüquqi şəxsin tam adı: “AutoScop” Məhdud Məsuliyyətli Cəmiyyəti
• Vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN): 1309256801
• Elektron poçt ünvanı: info@autoscop.az
• Poçt ünvanı: AZ1065, Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov, ev 203A, mənzil 13
• [Whatsapp nömrəsi: +994103797148
İstənilən vaxt Azərbaycan Respublikasının fərdi məlumatların mühafizəsi məsələlərinə cavabdeh olan nəzarət orqanına – Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə şikayət etmək hüququnuz var.
VI. MƏXFİLİK SİYASƏTİNƏ DƏYİŞİKLİKLƏR
Məxfilik Siyasətimizi mütəmadi olaraq nəzərdən keçiririk.
Bu versiya sonuncu dəfə 30 yanvar 2026-cı il tarixdə yenilənmişdir. Dəyişikliklər vaxtaşırı edilə bilər və edilən dəyişikliklər barədə Proqram Təminatı və ya Proqram Təminatında qeydiyyat zamanı daxil edilmiş elektron poçt ünvanı vasitəsilə məlumat veriləcək.
Fərdi məlumatlarınızın dəqiq olması və həqiqəti əks etdirməsi olduqca vacibdir. Zəhmət olmasa, Sizinlə tərəfdaşlığımız müddətində fərdi məlumatlarınıza edilən hər hansı dəyişiklik barədə bizə məlumat verin.
VII. HAQQINIZDA TOPLADIĞIMIZ MƏLUMATLAR
Haqqınızda müxtəlif növ fərdi məlumatları aşağıdakı qaydada toplaya, saxlaya və ya işləyə bilərik:
• Ad, soyad, ata adı;
• Doğum tarixi, qeydiyyat və faktiki yaşayış ünvanı;
• Şəxsiyyətinizi təsdiq edən sənədin seriya və nömrəsi, FİN;
• Etibarnamənin tarixi və nömrəsi;
• Şəxsiyyəti təsdiq edən sənədin və etibarnamənin təsviri (hər hansı formatda);
• Hüquqi şəxsin adı;
• Hüquqi şəxsin hüquqi və faktiki ünvanı;
• Hüquqi şəxsin rekvizitləri;
• Telefon nömrəsi;
• Elektron poçt ünvanı;
• Proqram Təminatı vasitəsilə əldə etdiyiniz mal və xidmətlərinə dair hər hansı məlumatlar.
• Avtomobil barədə məlumatlar:
- Marka, model, buraxılış ili;
- VİN;
- Qeydiyyat nömrəsi;
- Yürüş məlumatları;
- Servis tarixçəsi;
- Qeydiyyat şəhadətnaməsinin seriyası və nömrəsi;
- Qeydiyyat şəhadətnaməsinin təsviri.
Avtomobil sahibliyinin və ya istifadə hüququnun təsdiqi üçün yüklənən sənəd təsvirləri yalnız yoxlama məqsədi ilə istifadə olunur, məhdud giriş rejimində saxlanılır və üçüncü şəxslərə ötürülmür.
Biz həmçinin hər hansı məqsəd üçün statistik məlumatlar saxlayırıq, işləyirik və üçüncü şəxslərə ötürürük. Statistik məlumatlar Sizin fərdi məlumatlarınızdan əldə edilə bilər, lakin bu məlumatlar Sizin kimliyinizi müəyyən etməyə imkan verən məlumatlar olmadığı üçün, qanunla fərdi məlumatlar hesab edilmir (adsızlaşdırılmış məlumatlar).
VIII. FƏRDİ MƏLUMATLARINIZ NECƏ TOPLANILIR?
Haqqınızda aşağıdakı məlumatları toplayacaq və işləyəcəyik:
• Bizə verdiyiniz məlumatlar. Müştəri Hesabı və ya Partnyor Hesabı yaradarkən bizə təqdim etdiyiniz hər hansı fərdi məlumatlar, habelə Proqram Təminatından istifadə edilməsi üçün və ya bunun nəticəsində Sizdə Proqram Təminatı vasitəsilə tələb edilən və sizin təqdim etdiyiniz hər hansı digər fərdi məlumatlar tərəfimizdən Azərbaycan Respublikasında və/və ya xaricdə yerləşən serverlərdə toplanılır, saxlanılır və işlənilir. Buraya həmçinin bizlə yazışmalarınızda bizə təqdim etdiyiniz hər hansı digər məlumatlar da aiddir.
• Cihazınız barədə topladığımız məlumatlar. Hər dəfə www.autoscop.az internet saytına daxil olanda və ya Proqram Təminatından istifadə edəndə, avtomatik olaraq Cihazınız barədə məlumatlar toplanılır. Həmçinin internet saytında və ya Proqram Təminatındakı fəaliyyətinizlə əlaqədar istifadə məlumatlarınız da AutoScop tərəfindən toplanılır, saxlanılır və işlənilir.
Bu istifadə məlumatlarına aşağıdakılar daxil ola bilər:
• www.autoscop.az internet saytında daxil olduğunuz bölmələr və oradakı fəaliyyətlər, o cümlədən sizin və seçimlərinizin yadda saxlanması;
• Cihazınızın məkan məlumatları;
• Cihazınızın xüsusiyyətləri; və
• Vaxt və tarix, həmçinin Proqram Təminatında və ya www.autoscop.az internet saytında olduğunuz müddət.
Bu məlumatlar kukilərdən və digər oxşar texnologiyalardan istifadə etməklə toplanılır.
www.autoscop.az internet saytından və Proqram Təminatından istifadə etməklə məlumatların saxlanması və ya toplanması üçün izləmə texnologiyalarından istifadə etməyimizə razılıq verirsiniz.
IX. KUKİLƏR
Sizi www.autoscop.az veb saytında və/və ya Proqram Təminatında digər istifadəçilərdən fərqləndirmək və seçimlərinizi yadda saxlamaq üçün kukilərdən istifadə edirik. Bu, Proqram Təminatından istifadə edərkən və ya www.autoscop.az internet saytına giriş etdiyiniz zaman Sizi qabaqcıl təcrübə ilə təmin etməyimizə kömək edir və həmçinin www.autoscop.az internet saytının və Proqram Təminatının təkmilləşdirilməsinə imkan yaradır.
X. FƏRDİ MƏLUMATLARDAN NECƏ İSTİFADƏ EDİRİK?
Fərdi məlumatlarınızdan yalnız qanunla icazə verildikdə istifadə edirik. Fərdi məlumatlarınızdan başlıca olaraq aşağıdakı hallarda istifadə edəcəyik:
• İşləmədən əvvəl razılıq verdiyiniz zaman;
• Sizinlə bağlamaq ərəfəsində olduğumuz, yaxud artıq bağladığımız müqaviləni icra etməli olduğumuz zaman;
• Qanunla qorunan maraqlarımız (yaxud üçüncü tərəfin maraqları) üçün lazım olduqda və Sizin maraqlarınız və fundamental hüquqlarınız bunu tələb etdikdə;
• Partnyorlarla hesablaşmalı olduğumuz hallarda;
• Bizim hüquqi və ya tənzimləmə öhdəliyinə əməl etməyimiz lazım olduqda.
Bu Məxfilik Siyasətində və Müqavilədə göstərilən hallar istisna olmaqla, Sizdən topladığımız məlumatları açıqlamayacağıq. Fərdi məlumatlarınızı üçüncü tərəflərin birbaşa marketinq məqsədləri üçün üçüncü tərəflərlə yalnız adsızlaşdırılmış şəkildə paylaşyacağıq.
Yalnız Sizin Razılığınız olduqda, Sizə elektron poçt məktubu və ya mətn vasitəsilə birbaşa marketinq yazışmalarını göndərəcəyik. İstənilən vaxt bizimlə əlaqə saxlamaqla həmin Razılığı ləğv etmək hüququnuz vardır.
Fərdi məlumatlarınızı marketinq məqsədləri üçün hər hansı üçüncü tərəflə bölüşməzdən əvvəl Sizin razılığınızı alacağıq.
XI. MƏLUMATLARIN MÜHAFİZƏSİ
Bizə təqdim etdiyiniz bütün məlumatlar Azərbaycan Respublikasında və/və ya xaricdə yerləşən və müvafiq tələblərə uyğun mühafizə edilən serverlərdə saxlanılır. Partnyor Hesabınıza və ya Müştəri Hesabınıza çıxış əldə etmək üçün Sizə təqdim edilən şifrələrin məxfiliyinin qorunması üçün bütün məsuliyyəti Siz özünüz daşıyırsınız. Xahiş edirik, həmin şifrələri üçüncü şəxslərlə bölüşməyin.
Şəxsi məlumatlarınız ciddi gizlilik, məxfilik və təhlükəsizlik ilə işləniləcek. Bununla belə, xahiş edirik, nəzərə alın ki, bir yerdən digərinə hər hansı bir elektron köçürmə zamanı risklər mövcuddur. Məlumatlarınızın mühafizəsi tələbləri pozularsa, bu barədə Sizə dərhal məlumat verəcəyik.
Fərdi məlumatların mühafizə qaydalarının pozuntusu ilə bağlı şübhəli halları aradan qaldırmaq üçün müəyyən qaydalara sahibik və qanuni şəkildə bunun edilməsi bizdən tələb edildikdə, Sizə və hər hansı tənzimləyici orqana məlumat verəcəyik.
XII. MƏLUMATLARIN SAXLANILMASI
Fərdi məlumatlarınızın müxtəlif aspektləri üçün saxlama müddətləri haqqında məlumatı bizimlə əlaqə saxlamaqla əldə edə bilərsiniz.
Bəzi hallarda məlumatlarınızı silməyimizi xahiş edə bilərsiniz: Qanunla qorunan hüquqlarınıza dair məlumat aşağıda verilir.
Bəzi hallarda fərdi məlumatlarınyzı, tədqiqat və statistik, habelə hesablaşma məqsədləri üçün adsızlaşdıracağıq və bu halda həmin məlumatlardan Sizə bildirmədən müddətsiz istifadə edə bilərik. Nəzərə alın ki, həmin məlumatlardan istifadə edilməsinə qanunla icazə verilir və AutoScop yalnız qanun çərçivəsində Sizin fərdi məlumatlarınızdan istifadə edir.
XIII. QANUNLA QORUNAN HÜQUQLARINIZ
Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən, fərdi məlumatlarınızın mühafizəsi üzrə aşağıdakı hüquqlara sahibsiniz:
• Fərdi məlumatlarınızı AutoScop və üçüncü şəxslərlə paylaşmaq. Məlumat subyekti olaraq Siz AutoScop-a fərdi məlumatlarınızın toplanılmasına, istifadə edilməsinə, saxlanılmasına və əgər zəruridirsə, üçüncü şəxslərə ötürülməsinə icazə verməlisiniz. Bunun üçün Proqram Təminatındakı müvafiq pəncərədən istifadə edə bilərsiniz.
• Fərdi məlumatlarınıza çıxışın tələb edilməsi (ümumiyyətlə, “məlumat subyektinin daxilolma tələbi” kimi tanınır). Məlumat subyekti ona aid olan fərdi məlumatların işlənib-işlənilməməsi barədə təsdiq əldə etmək hüququna malikdir. Məsələn:
• Məlumatların işlənilməsinin məqsədləri;
• Müvafiq fərdi məlumatların kateqoriyaları.
• Düzəliş edilməsi tələbi: Məlumat subyekti olaraq, Siz bizdən, təxirə salınmadan, düzgün olmayan fərdi məlumatların düzəldilməsini tələb etmək hüququna maliksiniz. Məlumatların işlənilməsi məqsədlərini nəzərə alaraq, məlumat subyekti əlavələr edilməklə natamam fərdi məlumatların tamamlanmasını tələb etmək hüququna malikdir. Bunun üçün Proqram təminatında qeydiyyatdan keçərkən daxil etdiyiniz elektron poçt ünvanından info@autoscop.az elektron poçt ünvanına müvafiq tələb göndərə bilərsiniz.
• Fərdi məlumatlarınızın silinməsi tələbi. Siz AutoScop-dan fərdi məlumatlarınızın silinməsini tələb edə bilərsiniz və AutScop fərdi məlumatları silmək öhdəliyini daşıyırıq. Luykin, Siz nəzərə almalısınız ki, bəzi fərdi məlumatlar olmadan Sizin hesabınız fəaliyyət göstərə bilməz və bu məlumatların silinməsi hesabın ləğv olunması ilə nəticələ bilər. Bunun üçün Proqram təminatında qeydiyyatdan keçərkən daxil etdiyiniz elektron poçt ünvanından info@autoscop.az elektron poçt ünvanına müvafiq tələb göndərə bilərsiniz.
• Fərdi məlumatların işlənilməsindən imtina edilməsi. Məlumat subyekti öz konkret vəziyyəti səbəbindən istənilən vaxt ona aid fərdi məlumatların işlənilməsindən imtina etmək hüququna malikdir. AutoScop fərdi məlumatların işlənilməsinin, məlumat subyektinin maraq, hüquq və azadlığından üstün olduğunu, və yaxud qanuni iddiaların irəli sürülməsini, tətbiq edilməsini və ya müdafiə edilməsini sübut edən hüquqi əsasları təqdim etməyənədək, fərdi məlumatların işlənilməsini dayandırır. Fərdi məlumatlar birbaşa marketinq məqsədləri üçün işləndikdə, məlumat subyekti istənilən vaxt ona aid fərdi məlumatların bu cür marketinq üçün işlənilməsindən imtina etmək hüququna malikdir, bu şərtlə ki, imtina bu cür birbaşa marketinqə aid olmuş olsun. Məlumat subyekti birbaşa marketinq məqsədləri üçün fərdi məlumatların işlənilməsindən imtina etdikdə, fərdi məlumatların bu cür məqsədlər üçün işlənilməsi dayandırılır. Lakin, Siz nəzərə almalısınız ki, bəzi fərdi məlumatlar olmadan Sizin hesabınız fəaliyyət göstərə bilməz və bu məlumatların işlənməsinin dayandırılması hesabın ləğv olunması ilə nəticələ bilər. Bunun üçün Proqram təminatında qeydiyyatdan keçərkən daxil etdiyiniz elektron poçt ünvanından info@autoscop.az elektron poçt ünvanına müvafiq tələb göndərə bilərsiniz.
• Fərdi məlumatlarınızın sizə, yaxud da üçüncü tərəfə ötürülməsi. Məlumat subyekti ona aid olan strukturlaşdırılmış, ümumi istifadə edilən və qurğunun oxuya bildiyi formatda təqdim etdiyi fərdi məlumatları almaq və həmin məlumatları ötürmək hüququna malikdir. Bunun üçün Proqram təminatında qeydiyyatdan keçərkən daxil etdiyiniz elektron poçt ünvanından info@autoscop.az elektron poçt ünvanına müvafiq tələb göndərə bilərsiniz.Fərdi məlumatlarınızın işlənilməsi üçün Razılığa əsaslandığımız hallarda, istənilən vaxt razılığın ləğv edilməsi. Siz nəzərə almalısınız ki, bəzi fərdi məlumatlar olmadan Sizin hesabınız fəaliyyət göstərə bilməz və bu məlumatların silinməsi hesabın ləğv olunması ilə nəticələ bilər. Bununla belə, bu, Razılığın ləğv edilməsindən əvvəl yerinə yetirilmiş hər hansı işlənilmənin qanuniliyyinə təsir etməyəcək. Razılığınızı ləğv edən zaman Sizə bu barədə məlumat verəcəyik. Bunun üçün Proqram təminatında qeydiyyatdan keçərkən daxil etdiyiniz elektron poçt ünvanından info@autoscop.az elektron poçt ünvanına müvafiq tələb göndərə bilərsiniz.
Həmçinin, Sizin fərdi məlumatlarınızın marketinq məqsədləri üçün işlənilməməsini xahiş etmək hüququnuz vardır.
info@autoscop.az elektron poçt ünvanımızla əlaqə saxlamaqla istənilən vaxt bu hüquqların hər hansı birindən yararlana bilərsiniz.
XIV. FƏRDİ MƏLUMAT KATEQORİYALARININ TƏSVİRİ
• Şəxsin kimliyi barədə məlumatlar: [Fiziki şəxslər üçün: ad, soyad, qızlıq soyadı, istifadəçi adı və ya oxşar məlumat, ailə vəziyyəti, doğum tarixi, cinsi; FİN, şəxsiyyəti təsdiq edən sənədin seriyası və nömrəsi, şəxsiyyəti təsdiq edən sənədin təsviri; etibarnamənin seriyası və nömrəsi; etibarnamənin təsviri; Hüquqi şəxslər üçün: adı, VÖEN-i] daxildir.
• Əlaqə məlumatları: [Fiziki şəxslər üçün: hesabın təqdim edildiyi ünvan, çatdırılma ünvanı, e-poçt ünvanı və əlavə nömrələri; Hüquqi şəxslər üçün: hesabın təqdim edildiyi ünvan, e-poçt ünvanı və əlaqə nömrələri] daxildir.
• Avtomobil məlumatları: [Marka, model, buraxılış ili; VİN; Qeydiyyat nömrəsi; Yürüş məlumatları; Servis tarixçəsi; Qeydiyyat şəhadətnaməsinin seriyası və nömrəsi; Qeydiyyat şəhadətnaməsinin təsviri] daxildir.
• Cihaz məlumatları: [istifadə etdiyiniz Cihazın növü] [Cihazın vahid identifikatoru (məsələn, Cihazın IMEI nömrəsi, Cihazın simsiz şəbəkə interfeysinin MAC ünvanı və ya Cihazın istifadə etdiyi mobil telefon nömrəsi)], [mobil şəbəkə məlumatı,] [mobil əməliyyat sisteminiz,] [istifadə etdiyiniz mobil brauzer növü,] [saat qurşağının sazlanması,] [DİGƏR MƏLUMATLAR] daxildir.
• Məzmun məlumatları: Cihazınızda saxlanılan məlumatlar, o cümlədən [dostların siyahısı], [giriş məlumatları] [fotoşəkillər, videolar və ya digər rəqəmsal məzmun,] [qeydiyyatlar,] [DİGƏR MƏLUMATLAR] daxildir.
• Profil məlumatları: [istifadəçi adınız və şifrəniz, In-App satınalma xronologiyası, maraqlarınız, seçimləriniz, rəyləriniz və sorğu cavabları] daxildir.
• İstifadə məlumatları: Proqram Təminatından istifadə etməyiniz və ya internet saytımıza daxil olmağınızın barədə təfərrüatlar, o cümlədən bizim hesabın təqdim edilməsi məqsədlərimiz üçün tələb edilib-edilməməsindən asılı olmayaraq [trafik məlumatlar [və digər kommunikasiya məlumatları]] [və daxil olduğunuz mənbələr] daxildir.
• Marketinq və Kommunikasiya Məlumatları: [bizdən və üçüncü tərəflərdən marketinq almaq seçiminiz və kommunikasiya seçimləriniz] daxildir.
• Məkan Məlumatları: [GPS texnologiyası, YAXUD [DİGƏR TEXNOLOGİYA]] vasitəsilə sizin hazırda olduğunuz məkan] daxildir.