MƏXFİLİK SİYASƏTİ
Bu Məxfilik Siyasəti Proqram Təminatından istifadə edilməsi, habelə Müqavilənin
imzalanması nəticəsində Müştərilərə və ya Partnyorlara (bundan sonra “Siz”, “Müştəri” və ya “Partnyor”) və
AutoScop-a məlum olan fərdi məlumat və kommersiya sirrinin mühafizəsini tənzimləyir.
Xahiş edirik, Proqram Təminatından istifadə etməzdən və Partnyor Hesabı və ya Müştəri Hesabı açmazdan əvvəl
Məxfilik Siyasətini diqqətlə oxuyun. Nəzərə alın ki, bu Məxfilik Siyasətinə münasibətdə “razıyam” düyməsini
sıxdığınız andan etibarən bu Məxfilik Siyasətini qəbul etmiş olursunuz və bu Məxfilik Siyasəti Azərbaycan
Respublikasının qanunvericiliyi ilə Sizin üçün məcburi hüquqi qüvvə daşıyan müqavilə hesab edilir.
Həmçinin, Proqram Təminatında Partnyor Hesabı və ya Müştəri Hesabı açmağınız bu Məxfilik Siyasətini qəbul
etdiyinizi təsdiq edən hüquqi faktdır.
Bu Məxfilik Siyasətində fərdi məlumatların mühafizə edilməsi üçün AutoScop-un verdiyi təminatlar mümkün olduğu
qədər kommersiya sirrinə də tətbiq edilir.
Məxfilik Siyasəti Sizdən barənizdə topladığımız fərdi məlumatları necə istifadə edəcəyimiz barədə
məlumatlardan ibarətdir.
I. ƏSAS ANLAYIŞLAR
Bu Məxfilik Siyasətində böyük hərflərlə qeyd olunmuş söz və ifadələr aşağıdakı mənaları verir:
AUTOSCOP dedikdə, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış, Proqram Təminatı və
www.autoscop.az veb-saytı üzərində bütün mülkiyyət və əqli mülkiyyət hüquqlarının sahibi olan “AutoScop”
Məhdud Məsuliyyətli Cəmiyyəti başa düşülür.
PROQRAM TƏMİNATI dedikdə, AutoScop tərəfindən hazırlanan, obyekt və mənbə kodları da daxil olmaqla, bütövlükdə
AutoScop-a məxsus olan, Müştərilər tərəfindən Google Play Store və Apple App Store-dan yüklənən, Müştərilərə
isə Satış Nöqtəsində təqdim edilən xidmətlər və ya əldə edilən mallar barədə ətraflı məlumat almağı imkan
yaradan bulud texnologiyası proqram təminatı başa düşülür.
MÜQAVİLƏ dedikdə, Partnyorlar və ya Müştərilər və AutoScop arasında bağlanmış Əməkdaşlıq, Xidmət və ya
Lisenziya Müqaviləsi, habelə Müştərilər üçün İstifadə Qaydaları başa düşülür. Bu Məxfilik Siyasəti Müqavilənin
ayrılmaz tərkib hissəsi hesab edilir.
MÜŞTƏRİ dedikdə, Proqram Təminatına müştəri hesabı yaradaraq qoşulmuş, Partnyorun satış nöqtəsində təqdim
olunan xidmətləri və ya malları əldə edən fiziki şəxs başa düşülür.
PARTNYOR dedikdə, AutoScop ilə əməkdaşlıq və/və ya xidmət müqaviləsi bağlamış, Satış Nöqtəsində xidmət
göstərən və ya mal satan hər hansı şəxs başa düşülür.
CİHAZ dedikdə, Müştəri və ya Partnyor tərəfindən Proqram Təminatı yüklənilən, Müştəriyə Proqram Təminatında
yaratdığı Müştəri Hesabını idarə etməyə imkan yaradan mobil telefon, planşet və s. gibi hər hansı texniki
vasitə başa düşülür.
PARTNYOR HESABI dedikdə, Partnyor kimi qeydiyyatdan keçdikdən sonra ona ilkin olaraq AutoScop tərəfindən
təqdim edilən və sonradan özünün seçdiyi şifrə ilə mühafizə edilən və Partnyorlar və Müştərilər arasındakı
əməliyyatların AutoScop tərəfindən aparılan qeydiyyatını görməyə imkan verən virtual hesab başa düşülür.
MÜŞTƏRİ HESABI dedikdə, bu Müştərilər üçün İstifadə Qaydalarına müvafiq olaraq, Müştərinin Proqram Təminatında
müştəri kimi qeydiyyatdan keçdikdən sonra ona təqdim edilən, özünün seçdiyi şifrə ilə mühafizə edilən və
endirim kodundan istifadə etməyə imkan yaradan virtual hesab başa düşülür.
RAZILIQ dedikdə, fərdi məlumatlarınızın AutoScop tərəfindən toplanılmasına, saxlanılmasına və işlənilməsinə
verdiyiniz razılıq başa düşülür.
II. ÜMUMİ MÜDDƏALAR
Fərdi məlumatlarınızın və kommersiya sirri ilə düzgün, dürüst və vicdanlı şəkildə rəftar edilməsi AutoScop
üçün çox vacibdir. Həmin məlumatların mühafizəsi üzərimizə qanunla qoyulan vəzifədir və bizim də əsas
məqsədimiz Sizin məlumatlarınızı düzgün şəkildə toplamaq, saxlamaq və işləməkdir.
Qanunvericilikdə birbaşa ayrı qayda nəzərdə tutulmayıbsa, fərdi məlumat və kommersiya sirrinin mühafizəsinə
dair Azərbaycan Respublikasında tətbiq edilən bütün normativ hüquqi aktlar müvafiq qaydada Proqram
Təminatından istifadə nəticəsində Sizə və AutoScop-a məlum olan istənilən məlumata münasibətdə də tətbiq
edilir.
Fərdi məlumatların mühafizəsi haqqında normativ hüquqi aktlara uyğun olaraq bizdən kim olduğumuz, fərdi
məlumatlarınızdan necə və hansı məqsədlər üçün istifadə etdiyimiz və fərdi məlumatlarınızla bağlı hüquqlarınız
barədə Sizə məlumat verməyimiz tələb olunur. Bu məlumat Sizə bu Məxfilik Siyasətində və/və ya Proqram Təminatı
vasitəsilə təqdim edilir və onu oxumağınız vacibdir.
Sizin və AutoScop-un kimliyini müəyyən etməyə imkan verən istənilən məlumat fərdi məlumat hesab edilir. Fərdi
məlumatlarınızın qorunmasına AutoScop bu Məxfilik Siyasətində təminat verir.
Proqram Təminatı bulud texnologiyası olduğu kimi, AutoScop Azərbaycan Respublikasının qüvvədə olan fərdi
məlumatların mühafizəsi haqqında qanunvericiliyinə uyğun olaraq Sizin fərdi məlumatlarınızın Azərbaycan
Respublikasında və/və ya xaricdə yerləşən serverlərdə toplanmasını və işlənməsini həyata keçirir. Bununla da,
AutoScop Sizin fərdi məlumatlarınızdan istifadə etməklə fərdi məlumatların informasiya sistemini və/və ya
fərdi məlumatların informasiya ehtiyatlarını yarada bilər.
III. PRİNSİPLƏR
Fərdi məlumatlarınızdan və kommersiya sirrindən istifadə edərkən, habelə onları toplayarkən, saxlayarkən və ya
işləyərkən aşağıdakı prinsipləri özümüzə rəhbər tuturuq:
• Yalnız qanunauyğun və şəffaf şəkildə fəaliyyət göstərmək (qanunçuluq və şəffaflıq);
• Məlumatlarınızdan yalnız müəyyən məqsədlər üçün istifadə etmək (məqsədin məhdudlaşdırılması);
• Yalnız zəruri olan məlumatlarınızı toplamaq, saxlamaq, işləmək və ya istifadə etmək (məlumatın
minimallaşdırılması);
• Dəqiq və ən son məlumatlardan istifadə edilməsi (dəqiqlik);
• Məlumatların mühafizəsi prioriteti (mühafizə və məxfilik);
• Məlumatların müvafiq Razılıq əldə edilmədən digər ölkələrə ötürülməməsi (ötürülmənin məhdudlaşdırılması);
• Məlumatlara rəftarın yalnız məlumat subyektinin hüquq və azadlıqlarına hörmət edilməsi yolu ilə həyata
keçirilməsi (hüquq və azadlıqlara hörmət edilməsi);
• Lazım gəldikdə, yuxarıda göstərilən prinsiplərə əməl edilməsini göstərmək (hesabatlılıq).
IV. RAZILIQ
Proqram Təminatında Müştəri Hesabı yaradarkən Sizə təqdim edilən formanı qəbul edərək Razılıq verməlisiniz.
Həmin Razılıqda Siz heç bir təsir altında olmadan öz azad iradənizlə formada göstərilən şərtləri qəbul
etdiyinizi göstərirsiniz. Xahiş edirik, Razılığın qanuniliyyinə, habelə AutoScop-un məqsədlərinə və ya onun
fəaliyyətinin qanuniliyinə və ya vicdanlılığına qarşı hər hansı şübhəniz varsa, Razılığı qəbul etməyin. Nəzərə
alın ki, qanunvericiliyin tələbi ilə biz Sizdən Razılığınız olmadan hər hansı məlumatınızı toplaya bilmərik.
Həmçinin qanunvericiliyin tələbi ilə, məlumatlarınızı toplayarkən bunun məqsədini, habelə kimliyimizi Sizə tam
açıqlamalıyıq.
Məlumatlarınız yalnız bu Məxfilik Siyasətində, Müqavilədə və ya Razılıqda göstərilən məqsədlər üçün istifadə
edilə bilər və həmin məlumatlardan digər məqsədlər üçün istifadə edilməsi qanunvericilik ilə qadağan edilib.
Nəzərə alın ki, yuxarıda da qeyd etdiyimiz kimi, yalnız lazım olan məlumatlarınızı əldə edirik və zəmanət
veririk ki, lazım olmayan hər hansı məlumatınızı heç vaxt əldə etməyəcəyik.
Şərtlərimizlə razı deyilsinizsə, Müştəri Hesabınızı ləğv etməklə Razılığı ləğv edə bilərsiniz, lakin bu,
Razılığınızı ləğv etməzdən əvvəl aparılmış hər hansı işlənilmənin etibarlılığına təsir göstərmir.
Partnyorlar yalnız həyata keçirilən alqı-satqı və/və ya göstərilən xidmətlə bağlı minimal məlumatlara çıxış
əldə edir və Müştərinin digər avtomobil və istifadəçi məlumatlarını görə bilməz.
V. BİZ KİMİK?
Biz Müştərilərin avtomobillərinin texniki vəziyyətinin izlənməsi və servis tarixçəsinin saxlanması, habelə
Partnyorların obyektlərində mal və ya xidmət əldə edərkən əlaqələndirmə xidmətlərinin göstərilməsi üzrə
ixtisaslaşmış rəqəmsal platformayıq.
Əlaqə məlumatlarımız
Tam əlaqə məlumatlarımız bunlardır:
• Hüquqi şəxsin tam adı: “AutoScop” Məhdud Məsuliyyətli Cəmiyyəti
• Vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN): 1309256801
• Elektron poçt ünvanı: info@autoscop.az
• Poçt ünvanı: AZ1065, Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov, ev 203A, mənzil 13
• [Whatsapp nömrəsi: +994103797148
İstənilən vaxt Azərbaycan Respublikasının fərdi məlumatların mühafizəsi məsələlərinə cavabdeh olan nəzarət
orqanına – Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə şikayət etmək hüququnuz var.
VI. MƏXFİLİK SİYASƏTİNƏ DƏYİŞİKLİKLƏR
Məxfilik Siyasətimizi mütəmadi olaraq nəzərdən keçiririk.
Bu versiya sonuncu dəfə 30 yanvar 2026-cı il tarixdə yenilənmişdir. Dəyişikliklər vaxtaşırı edilə bilər və
edilən dəyişikliklər barədə Proqram Təminatı və ya Proqram Təminatında qeydiyyat zamanı daxil edilmiş elektron
poçt ünvanı vasitəsilə məlumat veriləcək.
Fərdi məlumatlarınızın dəqiq olması və həqiqəti əks etdirməsi olduqca vacibdir. Zəhmət olmasa, Sizinlə
tərəfdaşlığımız müddətində fərdi məlumatlarınıza edilən hər hansı dəyişiklik barədə bizə məlumat verin.
VII. HAQQINIZDA TOPLADIĞIMIZ MƏLUMATLAR
Haqqınızda müxtəlif növ fərdi məlumatları aşağıdakı qaydada toplaya, saxlaya və ya işləyə bilərik:
• Ad, soyad, ata adı;
• Doğum tarixi, qeydiyyat və faktiki yaşayış ünvanı;
• Şəxsiyyətinizi təsdiq edən sənədin seriya və nömrəsi, FİN;
• Etibarnamənin tarixi və nömrəsi;
• Şəxsiyyəti təsdiq edən sənədin və etibarnamənin təsviri (hər hansı formatda);
• Hüquqi şəxsin adı;
• Hüquqi şəxsin hüquqi və faktiki ünvanı;
• Hüquqi şəxsin rekvizitləri;
• Telefon nömrəsi;
• Elektron poçt ünvanı;
• Proqram Təminatı vasitəsilə əldə etdiyiniz mal və xidmətlərinə dair hər hansı məlumatlar.
• Avtomobil barədə məlumatlar:
- Marka, model, buraxılış ili;
- VİN;
- Qeydiyyat nömrəsi;
- Yürüş məlumatları;
- Servis tarixçəsi;
- Qeydiyyat şəhadətnaməsinin seriyası və nömrəsi;
- Qeydiyyat şəhadətnaməsinin təsviri.
Avtomobil sahibliyinin və ya istifadə hüququnun təsdiqi üçün yüklənən sənəd təsvirləri yalnız yoxlama məqsədi
ilə istifadə olunur, məhdud giriş rejimində saxlanılır və üçüncü şəxslərə ötürülmür.
Biz həmçinin hər hansı məqsəd üçün statistik məlumatlar saxlayırıq, işləyirik və üçüncü şəxslərə ötürürük.
Statistik məlumatlar Sizin fərdi məlumatlarınızdan əldə edilə bilər, lakin bu məlumatlar Sizin kimliyinizi
müəyyən etməyə imkan verən məlumatlar olmadığı üçün, qanunla fərdi məlumatlar hesab edilmir (adsızlaşdırılmış
məlumatlar).
VIII. FƏRDİ MƏLUMATLARINIZ NECƏ TOPLANILIR?
Haqqınızda aşağıdakı məlumatları toplayacaq və işləyəcəyik:
• Bizə verdiyiniz məlumatlar. Müştəri Hesabı və ya Partnyor Hesabı yaradarkən bizə təqdim etdiyiniz hər hansı
fərdi məlumatlar, habelə Proqram Təminatından istifadə edilməsi üçün və ya bunun nəticəsində Sizdə Proqram
Təminatı vasitəsilə tələb edilən və sizin təqdim etdiyiniz hər hansı digər fərdi məlumatlar tərəfimizdən
Azərbaycan Respublikasında və/və ya xaricdə yerləşən serverlərdə toplanılır, saxlanılır və işlənilir. Buraya
həmçinin bizlə yazışmalarınızda bizə təqdim etdiyiniz hər hansı digər məlumatlar da aiddir.
• Cihazınız barədə topladığımız məlumatlar. Hər dəfə www.autoscop.az internet saytına daxil olanda və ya
Proqram Təminatından istifadə edəndə, avtomatik olaraq Cihazınız barədə məlumatlar toplanılır. Həmçinin
internet saytında və ya Proqram Təminatındakı fəaliyyətinizlə əlaqədar istifadə məlumatlarınız da AutoScop
tərəfindən toplanılır, saxlanılır və işlənilir.
Bu istifadə məlumatlarına aşağıdakılar daxil ola bilər:
• www.autoscop.az internet saytında daxil olduğunuz bölmələr və oradakı fəaliyyətlər, o cümlədən sizin və
seçimlərinizin yadda saxlanması;
• Cihazınızın məkan məlumatları;
• Cihazınızın xüsusiyyətləri; və
• Vaxt və tarix, həmçinin Proqram Təminatında və ya www.autoscop.az internet saytında olduğunuz müddət.
Bu məlumatlar kukilərdən və digər oxşar texnologiyalardan istifadə etməklə toplanılır.
www.autoscop.az internet saytından və Proqram Təminatından istifadə etməklə məlumatların saxlanması və ya
toplanması üçün izləmə texnologiyalarından istifadə etməyimizə razılıq verirsiniz.
IX. KUKİLƏR
Sizi www.autoscop.az veb saytında və/və ya Proqram Təminatında digər istifadəçilərdən fərqləndirmək və
seçimlərinizi yadda saxlamaq üçün kukilərdən istifadə edirik. Bu, Proqram Təminatından istifadə edərkən və ya
www.autoscop.az internet saytına giriş etdiyiniz zaman Sizi qabaqcıl təcrübə ilə təmin etməyimizə kömək edir
və həmçinin www.autoscop.az internet saytının və Proqram Təminatının təkmilləşdirilməsinə imkan yaradır.
X. FƏRDİ MƏLUMATLARDAN NECƏ İSTİFADƏ EDİRİK?
Fərdi məlumatlarınızdan yalnız qanunla icazə verildikdə istifadə edirik. Fərdi məlumatlarınızdan başlıca
olaraq aşağıdakı hallarda istifadə edəcəyik:
• İşləmədən əvvəl razılıq verdiyiniz zaman;
• Sizinlə bağlamaq ərəfəsində olduğumuz, yaxud artıq bağladığımız müqaviləni icra etməli olduğumuz zaman;
• Qanunla qorunan maraqlarımız (yaxud üçüncü tərəfin maraqları) üçün lazım olduqda və Sizin maraqlarınız və
fundamental hüquqlarınız bunu tələb etdikdə;
• Partnyorlarla hesablaşmalı olduğumuz hallarda;
• Bizim hüquqi və ya tənzimləmə öhdəliyinə əməl etməyimiz lazım olduqda.
Bu Məxfilik Siyasətində və Müqavilədə göstərilən hallar istisna olmaqla, Sizdən topladığımız məlumatları
açıqlamayacağıq. Fərdi məlumatlarınızı üçüncü tərəflərin birbaşa marketinq məqsədləri üçün üçüncü tərəflərlə
yalnız adsızlaşdırılmış şəkildə paylaşyacağıq.
Yalnız Sizin Razılığınız olduqda, Sizə elektron poçt məktubu və ya mətn vasitəsilə birbaşa marketinq
yazışmalarını göndərəcəyik. İstənilən vaxt bizimlə əlaqə saxlamaqla həmin Razılığı ləğv etmək hüququnuz
vardır.
Fərdi məlumatlarınızı marketinq məqsədləri üçün hər hansı üçüncü tərəflə bölüşməzdən əvvəl Sizin razılığınızı
alacağıq.
XI. MƏLUMATLARIN MÜHAFİZƏSİ
Bizə təqdim etdiyiniz bütün məlumatlar Azərbaycan Respublikasında və/və ya xaricdə yerləşən və müvafiq
tələblərə uyğun mühafizə edilən serverlərdə saxlanılır. Partnyor Hesabınıza və ya Müştəri Hesabınıza çıxış
əldə etmək üçün Sizə təqdim edilən şifrələrin məxfiliyinin qorunması üçün bütün məsuliyyəti Siz özünüz
daşıyırsınız. Xahiş edirik, həmin şifrələri üçüncü şəxslərlə bölüşməyin.
Şəxsi məlumatlarınız ciddi gizlilik, məxfilik və təhlükəsizlik ilə işləniləcek. Bununla belə, xahiş edirik,
nəzərə alın ki, bir yerdən digərinə hər hansı bir elektron köçürmə zamanı risklər mövcuddur. Məlumatlarınızın
mühafizəsi tələbləri pozularsa, bu barədə Sizə dərhal məlumat verəcəyik.
Fərdi məlumatların mühafizə qaydalarının pozuntusu ilə bağlı şübhəli halları aradan qaldırmaq üçün müəyyən
qaydalara sahibik və qanuni şəkildə bunun edilməsi bizdən tələb edildikdə, Sizə və hər hansı tənzimləyici
orqana məlumat verəcəyik.
XII. MƏLUMATLARIN SAXLANILMASI
Fərdi məlumatlarınızın müxtəlif aspektləri üçün saxlama müddətləri haqqında məlumatı bizimlə əlaqə saxlamaqla
əldə edə bilərsiniz.
Bəzi hallarda məlumatlarınızı silməyimizi xahiş edə bilərsiniz: Qanunla qorunan hüquqlarınıza dair məlumat
aşağıda verilir.
Bəzi hallarda fərdi məlumatlarınyzı, tədqiqat və statistik, habelə hesablaşma məqsədləri üçün
adsızlaşdıracağıq və bu halda həmin məlumatlardan Sizə bildirmədən müddətsiz istifadə edə bilərik. Nəzərə alın
ki, həmin məlumatlardan istifadə edilməsinə qanunla icazə verilir və AutoScop yalnız qanun çərçivəsində Sizin
fərdi məlumatlarınızdan istifadə edir.
XIII. QANUNLA QORUNAN HÜQUQLARINIZ
Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən, fərdi məlumatlarınızın mühafizəsi üzrə
aşağıdakı hüquqlara sahibsiniz:
• Fərdi məlumatlarınızı AutoScop və üçüncü şəxslərlə paylaşmaq. Məlumat subyekti olaraq Siz AutoScop-a fərdi
məlumatlarınızın toplanılmasına, istifadə edilməsinə, saxlanılmasına və əgər zəruridirsə, üçüncü şəxslərə
ötürülməsinə icazə verməlisiniz. Bunun üçün Proqram Təminatındakı müvafiq pəncərədən istifadə edə bilərsiniz.
• Fərdi məlumatlarınıza çıxışın tələb edilməsi (ümumiyyətlə, “məlumat subyektinin daxilolma tələbi” kimi
tanınır). Məlumat subyekti ona aid olan fərdi məlumatların işlənib-işlənilməməsi barədə təsdiq əldə etmək
hüququna malikdir. Məsələn:
• Məlumatların işlənilməsinin məqsədləri;
• Müvafiq fərdi məlumatların kateqoriyaları.
• Düzəliş edilməsi tələbi: Məlumat subyekti olaraq, Siz bizdən, təxirə salınmadan, düzgün olmayan fərdi
məlumatların düzəldilməsini tələb etmək hüququna maliksiniz. Məlumatların işlənilməsi məqsədlərini nəzərə
alaraq, məlumat subyekti əlavələr edilməklə natamam fərdi məlumatların tamamlanmasını tələb etmək hüququna
malikdir. Bunun üçün Proqram təminatında qeydiyyatdan keçərkən daxil etdiyiniz elektron poçt ünvanından
info@autoscop.az elektron poçt ünvanına müvafiq tələb göndərə bilərsiniz.
• Fərdi məlumatlarınızın silinməsi tələbi. Siz AutoScop-dan fərdi məlumatlarınızın silinməsini tələb edə
bilərsiniz və AutScop fərdi məlumatları silmək öhdəliyini daşıyırıq. Luykin, Siz nəzərə almalısınız ki, bəzi
fərdi məlumatlar olmadan Sizin hesabınız fəaliyyət göstərə bilməz və bu məlumatların silinməsi hesabın ləğv
olunması ilə nəticələ bilər. Bunun üçün Proqram təminatında qeydiyyatdan keçərkən daxil etdiyiniz elektron
poçt ünvanından info@autoscop.az elektron poçt ünvanına müvafiq tələb göndərə bilərsiniz.
• Fərdi məlumatların işlənilməsindən imtina edilməsi. Məlumat subyekti öz konkret vəziyyəti səbəbindən
istənilən vaxt ona aid fərdi məlumatların işlənilməsindən imtina etmək hüququna malikdir. AutoScop fərdi
məlumatların işlənilməsinin, məlumat subyektinin maraq, hüquq və azadlığından üstün olduğunu, və yaxud qanuni
iddiaların irəli sürülməsini, tətbiq edilməsini və ya müdafiə edilməsini sübut edən hüquqi əsasları təqdim
etməyənədək, fərdi məlumatların işlənilməsini dayandırır. Fərdi məlumatlar birbaşa marketinq məqsədləri üçün
işləndikdə, məlumat subyekti istənilən vaxt ona aid fərdi məlumatların bu cür marketinq üçün işlənilməsindən
imtina etmək hüququna malikdir, bu şərtlə ki, imtina bu cür birbaşa marketinqə aid olmuş olsun. Məlumat
subyekti birbaşa marketinq məqsədləri üçün fərdi məlumatların işlənilməsindən imtina etdikdə, fərdi
məlumatların bu cür məqsədlər üçün işlənilməsi dayandırılır. Lakin, Siz nəzərə almalısınız ki, bəzi fərdi
məlumatlar olmadan Sizin hesabınız fəaliyyət göstərə bilməz və bu məlumatların işlənməsinin dayandırılması
hesabın ləğv olunması ilə nəticələ bilər. Bunun üçün Proqram təminatında qeydiyyatdan keçərkən daxil etdiyiniz
elektron poçt ünvanından info@autoscop.az elektron poçt ünvanına müvafiq tələb göndərə bilərsiniz.
• Fərdi məlumatlarınızın sizə, yaxud da üçüncü tərəfə ötürülməsi. Məlumat subyekti ona aid olan
strukturlaşdırılmış, ümumi istifadə edilən və qurğunun oxuya bildiyi formatda təqdim etdiyi fərdi məlumatları
almaq və həmin məlumatları ötürmək hüququna malikdir. Bunun üçün Proqram təminatında qeydiyyatdan keçərkən
daxil etdiyiniz elektron poçt ünvanından info@autoscop.az elektron poçt ünvanına müvafiq tələb göndərə
bilərsiniz.Fərdi məlumatlarınızın işlənilməsi üçün Razılığa əsaslandığımız hallarda, istənilən vaxt razılığın
ləğv edilməsi. Siz nəzərə almalısınız ki, bəzi fərdi məlumatlar olmadan Sizin hesabınız fəaliyyət göstərə
bilməz və bu məlumatların silinməsi hesabın ləğv olunması ilə nəticələ bilər. Bununla belə, bu, Razılığın ləğv
edilməsindən əvvəl yerinə yetirilmiş hər hansı işlənilmənin qanuniliyyinə təsir etməyəcək. Razılığınızı ləğv
edən zaman Sizə bu barədə məlumat verəcəyik. Bunun üçün Proqram təminatında qeydiyyatdan keçərkən daxil
etdiyiniz elektron poçt ünvanından info@autoscop.az elektron poçt ünvanına müvafiq tələb göndərə bilərsiniz.
Həmçinin, Sizin fərdi məlumatlarınızın marketinq məqsədləri üçün işlənilməməsini xahiş etmək hüququnuz vardır.
info@autoscop.az elektron poçt ünvanımızla əlaqə saxlamaqla istənilən vaxt bu hüquqların hər hansı birindən
yararlana bilərsiniz.
XIV. FƏRDİ MƏLUMAT KATEQORİYALARININ TƏSVİRİ
• Şəxsin kimliyi barədə məlumatlar: [Fiziki şəxslər üçün: ad, soyad, qızlıq soyadı, istifadəçi adı və ya oxşar
məlumat, ailə vəziyyəti, doğum tarixi, cinsi; FİN, şəxsiyyəti təsdiq edən sənədin seriyası və nömrəsi,
şəxsiyyəti təsdiq edən sənədin təsviri; etibarnamənin seriyası və nömrəsi; etibarnamənin təsviri; Hüquqi
şəxslər üçün: adı, VÖEN-i] daxildir.
• Əlaqə məlumatları: [Fiziki şəxslər üçün: hesabın təqdim edildiyi ünvan, çatdırılma ünvanı, e-poçt ünvanı və
əlavə nömrələri; Hüquqi şəxslər üçün: hesabın təqdim edildiyi ünvan, e-poçt ünvanı və əlaqə nömrələri]
daxildir.
• Avtomobil məlumatları: [Marka, model, buraxılış ili; VİN; Qeydiyyat nömrəsi; Yürüş məlumatları; Servis
tarixçəsi; Qeydiyyat şəhadətnaməsinin seriyası və nömrəsi; Qeydiyyat şəhadətnaməsinin təsviri] daxildir.
• Cihaz məlumatları: [istifadə etdiyiniz Cihazın növü] [Cihazın vahid identifikatoru (məsələn, Cihazın IMEI
nömrəsi, Cihazın simsiz şəbəkə interfeysinin MAC ünvanı və ya Cihazın istifadə etdiyi mobil telefon nömrəsi)],
[mobil şəbəkə məlumatı,] [mobil əməliyyat sisteminiz,] [istifadə etdiyiniz mobil brauzer növü,] [saat
qurşağının sazlanması,] [DİGƏR MƏLUMATLAR] daxildir.
• Məzmun məlumatları: Cihazınızda saxlanılan məlumatlar, o cümlədən [dostların siyahısı], [giriş məlumatları]
[fotoşəkillər, videolar və ya digər rəqəmsal məzmun,] [qeydiyyatlar,] [DİGƏR MƏLUMATLAR] daxildir.
• Profil məlumatları: [istifadəçi adınız və şifrəniz, In-App satınalma xronologiyası, maraqlarınız,
seçimləriniz, rəyləriniz və sorğu cavabları] daxildir.
• İstifadə məlumatları: Proqram Təminatından istifadə etməyiniz və ya internet saytımıza daxil olmağınızın
barədə təfərrüatlar, o cümlədən bizim hesabın təqdim edilməsi məqsədlərimiz üçün tələb edilib-edilməməsindən
asılı olmayaraq [trafik məlumatlar [və digər kommunikasiya məlumatları]] [və daxil olduğunuz mənbələr]
daxildir.
• Marketinq və Kommunikasiya Məlumatları: [bizdən və üçüncü tərəflərdən marketinq almaq seçiminiz və
kommunikasiya seçimləriniz] daxildir.
• Məkan Məlumatları: [GPS texnologiyası, YAXUD [DİGƏR TEXNOLOGİYA]] vasitəsilə sizin hazırda olduğunuz məkan]
daxildir.